Aİ Transxəzər dəhlizinin inkişafına sərmayə qoymağa hazırdır

   Aİ Transxəzər dəhlizinin inkişafına sərmayə qoymağa hazırdır
  28 Mart 2025    Oxunub:1058
Avropa və beynəlxalq maliyyə institutları Transxəzər nəqliyyat dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır.
Bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Aşqabadda keçirdiyi mətbuat konfransında deyib. Kallas Aİ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq istəyinin artdığını vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Kallas gənclər mübadiləsinin inkişafına, biznes və akademik dairələrdə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirib.


AzVision.az


Teqlər:





Xəbər lenti