Qahirədə Misir-Azərbaycan Biznes Forumu keçiriləcək

Misirli nazir qeyd edib ki, Komissiyanın iclası və forum çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin perspektivləri, investisiya imkanları müzakirə ediləcək. Bu tədbirlərin, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıqların qurulması üçün yaxşı imkan olduğunu diqqətə çatdıran nazir ölkəsinin Azərbaycandan investisiyaların cəlbində maraqlı olduğunu bildirib.
Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin iyununda Misirə səfərinə toxunub, bu səfər zamanı müxtəlif sahələrdə əməkdaşlıq üzrə imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində əhəmiyyətini vurğulayıb.
AzVision.az
Teqlər: