Misirdə 6 turist ölüb, 9-u yaralanıb

Misirdə 6 turist ölüb, 9-u yaralanıb
  27 Mart 2025    Oxunub:1059
Misirin Hurqada sahillərində batiskafla bağlı hadisə nəticəsində altı rusiyalı həlak olub.
Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Misirin “Almasry Alyoum” qəzeti yazıb.

Daha əvvəl isə Rusiyanın Baş konsulluğu gəmidə olan 45 rusiyalı turistin bir çoxunun xilas edildiyini açıqlayıb:

"Martın 27-də saat 10.00 radələrində sahildən bir kilometr məsafədə "Sindbad" gəzinti batiskafında qəza baş verib. Ekipaj üzvlərindən başqa, gəmidə 45 turist, o cümlədən yetkinlik yaşına çatmayan şəxslər olub. Onların hamısı Rusiya vətəndaşıdır", - məlumatda qeyd olunub.
AzVision.az



Teqlər: Misir  





Xəbər lenti