İcma: Hesabat qərəzlidir!

“Əvvəlki illərdə olduğu kimi bu il də hesabatın müəllifləri öz iddialarını “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən və radikal erməni diasporası üzvlərinin əlində alət olan “Freedom House” təşkilatının sənədləri ilə əsaslandırır”, - bəyantada deyilir.
Sənəddə ABŞ Konqresi tərəfindən təsis olunmuş bu komissiyanın qərəzini sübut edən digər mühüm məqamın bu qurumun dünyada dini azadlığın əsas qənimi olan Ermənistanı ümumiyyətlə izləməməsinə diqqət çəkilib. Komissiyanın təbirincə, Ermənistan öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan çox azərbaycanlının başqa dini etiqada mənsub olduqları üçün total etnik təmizləməyə məruz qoymaqla, orada 300-dən artıq məscidi və yüzlərlə qəbirstanlığı dağıtmaqla dini azadlığı tam “təmin edib”.
Bəyanatda daha sonra bildirilir: “Mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən Komissiyaya xatırlatmaq istərdik ki, belə bir missiyanın Azərbaycana deyil, Ermənistana göndərilməsi zəruridir. Komissiya Ermənistan hökumətinin bu ölkədəki Azərbaycan mədəni və dini irsi ilə bağlı UNESCO missiyasının Ermənistana göndərilməsinə imkan verməməsi məsələsi ilə məşğul olması daha düz olardı.
Hesabatda “dağlıq qarabağ” kimi ifadələrdən işlədilməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirilib.
Biz Komissiyanın irqçi, regionda sülh və barışığa mane olan bu addımlarını qınayır və ABŞ tərəfini qurumun nümayiş etdirdiyi qeyri-obyektiv və ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq”.
AzVision.az