Pentaqon ABŞ-li hərbçilərin ölümünü təsdiqləmir

Pentaqon ABŞ-li hərbçilərin ölümünü təsdiqləmir
  27 Mart 2025    Oxunub:1233
Pentaqon hazırda Litva ordusunun Pabradedəki poliqonundan planlı təlimlərdən sonra qayıdarkən dörd amerikalı hərbçinin ölməsi barədə məlumatı təsdiqləməyə hazır deyil, onların axtarışları hələ də davam edir.
Bunu ABŞ Quru Qoşunlarının rəsmi nümayəndəsi TASS-a açıqlayıb.

“Biz bu məlumatları təsdiqləyə bilmərik. İtkin düşmüş əsgərlərin axtarışları davam edir”, – o, amerikalı hərbçilərin ölməsi barədə məlumatı şərh edərkən qeyd edib.

Pentaqon M88 zirehli təmir-təxliyə maşınının tapıldığı barədə məlumatları təsdiqləyib. Əvvəllər məlumat verildiyi kimi, amerikalı hərbçilər çərşənbə axşamı axşam təlimlərdən bu maşınla çıxıblar. ABŞ Quru Qoşunlarının bəyanatında aydınlıq gətirilib ki, zirehli maşın “təlimlərin keçirildiyi ərazidəki su hövzəsində” tapılıb.

Eyni zamanda, NATO-nun Baş katibi Mark Rütte Litvadakı təlimlərdə dörd amerikalı əsgərin öldüyünü təsdiqləyib.

“Biz təfərrüatları bilmirik. Bu həqiqətən dəhşətli xəbərdir və düşüncələrimiz həlak olanların ailələri və yaxınları ilədir”, – “Associated Press” Rüttedən sitat gətirib.
AzVision.az



Teqlər:





Xəbər lenti