Naxçıvan məktəbliləri yüksək nəticə göstərib

Naxçıvan məktəbliləri yüksək nəticə göstərib
  26 Mart 2025    Oxunub:1219
Naxçıvan şəhərinin və Şahbuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri 2023-2024-cü tədris ilinin buraxılış imtahanlarında ölkə üzrə yüksək nəticələr nümayiş etdiriblər.
AzVision.az Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı 2023-2024-cü tədris ili üzrə IX və XI siniflərin buraxılış imtahanın nəticələri ilə bağlı illik hesabatda belə nəticə öz əksini tapıb.

Hesabatda qeyd olunur ki, IX siniflərdə ölkə üzrə ən yüksək nəticəni Naxçıvan şəhərinin şagirdləri göstərib (141.16).

İlk beşliyin növbəti sıralarında isə Sumqayıt şəhərlərinin (138.83), Şahbuz (136.57), Qubadlı (132.05) rayonlarının və Bakı şəhərinin (127.75) şagirdləri qərarlaşıb.

XI siniflər üzrə buraxılış imtahanında isə ilk beşliyin ikincisi Naxçıvan şəhərinin (157.36) məktəbliləri olub.

Sumqayıt şəhərinin məktəbliləri birinci (163.09), növbəti sıralarda isə Qubadlı (156.99),

Şahbuz (151.87) rayonlarının və Bakı şəhərinin (151.80) şagirdləri yüksək nəticələrinə görə digər rayonlardan fərqləniblər.


Teqlər: Naxçıvan   Şahbuz   məktəblilər   Təhsil  





Xəbər lenti