Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik” də ittiham olunur

Fransanın dənizaşırı ərazilər naziri    “nifrətə təhrik”   də ittiham olunur
  25 Mart 2025    Oxunub:1108
Fransada “Yaşıllar” Partiyasının deputatları “nifrətə təhrik” ittihamı ilə dənizaşırı ərazilər naziri Manuel Valsı məhkəməyə verməyi düşünürlər.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, naziri Manuel Vals dünən antisemitizmlə bağlı uzun müzakirələr getdiyi bir vaxtda “yəhudilərə nifrət hər yerdə olduğu kimi, əsasən ərəb-müsəlman dünyasından gəlir” deyib. Onun bu şərhindən sonra “Yaşıllar” Partiyasının deputatları Benjamin Lukas və Lea Balaje El Mariki "nifrətə təhrik"ə qarşı qanuni tədbirlər gördüklərini açıqlayıblar. "Bu gün dövlət ittihamçısına nifrətə təhrik olduğuna inandığımız şeyləri bildirəcəyik",- deyə Benjamin Lukas “Sud Radio”sunda bəyanat verib.

"Birincisi, ona görə ki, Valls fransız cəmiyyətini ayıraraq ərəb-müsəlman dünyasının olduğunu izah edir. İkincisi odur ki, o, əsl və ya güman edilən ərəb mənşəli müsəlman soydaşlarımızı bu ölkədə antisemitizmə görə məsuliyyət daşımaqda günahlandırır", - deyə deputat vurğulayıb. "Bütün bir yalançı "ərəb-müsəlman dünyası"nı əsaslandırmaq milyonlarla insanı utandırmaq deməkdir" və "çaşqınlığı qidalandırmaq" deməkdir, - deyə Lea Balaje El Marik X sosial şəbəkəsində nazirin səriştəsizliyinə etirazını bildirib.

Xatırladaq ki, dünən Europe1/Cnews kanalında dənizaşırı ərazilər naziri Manuel Valls antisemitizmlə bağlı uzun müzakirənin ortasında deyib: "Son 25 ildə dəyişmiş şey odur ki, yəhudilərə qarşı bu nifrət əsasən ərəb-müsəlman dünyasından, başqa yerlərdə olduğu kimi Fransada da gəlir. İslamçılıq yəhudilərə nifrəti özünün əsas məqsədi edir."

Deputat Benjamin Lucas bildirib ki, böyük gərginlik anında sözlərə diqqət etmək lazımdır və nazir esktremistlərin sözçüsü kimi danışa bilməz.

AzVision.az



Teqlər:





Xəbər lenti