Yağıntılı və küləkli hava davam edir - Faktiki hava

   Yağıntılı və küləkli hava davam edir -    Faktiki hava
  24 Mart 2025    Oxunub:948
Martın 24-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.
AzVision.az Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına istinadən xəbər verir ki, , Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yağış yağır.

Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkidə arabir qar yağması müşahidə olunur.

Küləyin sürəti:

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında, o cümlədən Şahdağda 20 m/s, Kəlbəcərdə isə 15 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü:

Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.

Havanın temperaruru:

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 15 dərəcəyədək isti olub.

Dağlıq rayonlarda isə 7 dərəcəyədək şaxta qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti