"Azercell Cup 2025" müsabiqəsinə qeydiyyat davam edir

"Azercell Cup 2025" müsabiqəsinə qeydiyyat davam edir
  25 Mart 2025    Oxunub:814
"Azercell" gənc istedadları informatika və proqramlaşdırma sahəsində öz bacarıqlarını sınamağa çağırır.
"Azercell", Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan növbəti “AZERCELL CUP 2025” müsabiqəsinə qeydiyyat davam edir.

İnformatika və proqramlaşdırma sahəsinə maraq göstərən 6-7-ci sinif şagirdləri müsabiqəyə qoşula bilərlər. Seçim mərhələsindən uğurla keçən iştirakçılar üçün bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı da əldə edəcəklər.

Müsabiqədə iştirak etmək istəyənlər 04 aprel 2025-ci il tarixinədək https://azercellcup.org saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı tamamlamış namizədlər sınaq imtahanına dəvət olunacaq, müsabiqənin ilk turu isə 05 aprel 2025-ci il tarixində onlayn formatda baş tutacaq.

Qeyd edək ki, "Azercell" 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesini dəstəkləyir. Bu müddət ərzində bölgə və paytaxt məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.

AzVision.az


Teqlər: Azercell  





Xəbər lenti