Xankəndidə iftar süfrəsi açılıb - FOTOLAR

   Xankəndidə iftar süfrəsi açılıb -    FOTOLAR
  25 Mart 2025    Oxunub:1077
Xankəndidə "Nargis" Fondu tərəfindən iftar çadırları qurulub.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Ramazan günləri ilə əlaqədar olaraq martın 25-dən 27-dək təşkil olunan iftar süfrəsində qonaqlara yüksək keyfiyyətli iftar menyusu təqdim edilir.



Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olacaq. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilir.



Xankəndi şəhərində "İftar çadırları" layihəsi "Port Baku" , "Unibank", "Kolin", "Coca-Cola" şirkətlərinin sponsorluğu ilə gerçəkləşib. Təşkilati dəstəyi isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi verib.



Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti