Ərdoğan: "Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik"

“Bu il Novruz ölkəmizdə xüsusi bayram ab-havasında qeyd olunub. Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik”, - deyə Ərdoğan bildirib və Novruzu bolluq, firavanlıq simvolu adlandırıb.
Onun sözlərinə görə, Türkiyə hökuməti cəmiyyətdə qardaşlığın və həmrəyliyin gücləndirilməsi üzrə səylərini davam etdirəcək. “Təfriqə və nifrət yaradan qüvvələrin maneələrinə baxmayaraq, Novruz gələcəkdə də Türkiyənin 85 milyonluq sakini arasında birliyə dəvət edən yeni ümidin simvolu olacaq”, - deyə Ərdoğan vurğulayıb.
AzVision.az
Teqlər: