Ötən il BMT-nin 101 əməkdaşı həbs edilib

Ötən il BMT-nin 101 əməkdaşı həbs edilib
  25 Mart 2025    Oxunub:992
Ötən il BMT-nin dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 101 əməkdaşı həbs edilib.
AzVision.az xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında bildirib.

Baş katib hökumətləri BMT əməkdaşlarının təhlükəsizliyini və müdafiəsini gücləndirməyə, bu cinayətlərə görə ədaləti tələb etməyə çağırıb:

“Hazırda BMT-nin dünya üzrə həbsdə olan 52 əməkdaşından 23-ü Yəməndə əsassız olaraq saxlanılıb. Onlardan səkkizi İnsan Hüquqları Ofisinin əməkdaşlarıdır. Bu şəxslərin həbsi ədalətsizlikdir”.

BMT Baş katibi əməkdaşlarının dərhal və şərtsiz azad edilməsi üçün çağırışını bir daha təkrarlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti