Kobaxidze: “Zurabişvili Zelenskini bizə nümunə göstərirdi”

      Kobaxidze:    “Zurabişvili Zelenskini bizə nümunə göstərirdi”
  13 Mart 2025    Oxunub:486
Gürcüstanın eks-prezidenti ölkə hakimiyyətini “qəhrəman olmağa” və Rusiyaya qarşı ikinci cəbhə açmağa çağırırdı.
AzVision.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına Ukraynada münaqişənin ikinci-üçüncü günündə preizdent Salome Zurabişvili ilə görüşündən danışıb.

“Onun ilk sözləri bu oldu: “Siz nə istəyirsiniz?” Heç salamlaşmaq da yox idi. O, dedi ki, Zelenski qəhrəmandır və biz də belə olmalıyıq. Müasir siyasətdə əsas qəbul edilməkdir”, - Gürcüstanın baş naziri deyib.

Bunun cavabında Kobaxidze bildirib ki, minlərlə ölən ukraynalı və onların ailə üzvləri üçün əsas şey qəbul edilmək deyil, mövcud faktlardır. Bundan sonra Gürcüstan hökumətinin ünvanına kobud zənglər və sanksiyalar gəlib. Zurabişvili ilə danışmağın mənası olmadığı aydınlaşandan sonra hökumət başçısı onunla bütün ünsiyyəti dayandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kobaxidze   Zurabişvili   mübahisə  





Xəbər lenti