Arutyunyan: “Ermənistan Azərbaycan aeroportlarını vurmaq istəyirdi”

    Arutyunyan:     “Ermənistan Azərbaycan aeroportlarını vurmaq istəyirdi”
  04 Mart 2025    Oxunub:396
Bakı Məhkəmə Kompleksində Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Qarabağdakı keçmiş erməni separatçı rejiminin nümayəndələrinin məhkəməsi davam edir.
AzVision.az bildirir ki, məhkəmədə ifadə verən separatçı rejimin keçmiş “lider”i Araik Arutyunyan 2020-ci ilin iyununda Ermənistanın baş naziri Nikol Paşinyandan onları danışıqlar prosesi ilə məlumatlandırılmasını xahiş etdiyini deyib.

“2020-ci ilin iyununda bizim İrəvanda Təhlükəsizlik Şurasının birgə iclasımız oldu. İclasda Ermənistanın müdafiə strukturlarının rəhbərləri ordudakı vəziyyətlə bağlı bizə məlumat verdilər. Müharibə aparmaq üçün müəyyən resurslar lazımdır. Məlum oldu ki, Ermənistanın belə imkanları yoxdur. Mən dedim ki, müharibənin nəticəsi bizim resurslarımızdan asılı olacaq, çünki istənilən müharibə resurslar müharibəsidir. Azərbaycanın potensialı bütün parametrlərə görə Ermənistanın potensialından dəfələrlə böyük idi”, - Araik Arutyunyan söyləyib.

Keçmiş separatrçı Azərbaycan ərazisinin dərinliklərinə zərbələr endirmək qərarının Ermənistanda verildiyini etiraf edib. Arutyunyanın sözlərinə görə, onlara Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyan rəhbərlik edirdi. Bu, gizli proses deyilsi və hamının gözü qarşısında baş verirdi. O,2020-ci ilin sonunda Qarabağ gələn Ermənistanın baş naziri Nikol Paşinyanı oradakı “ordu birləşmələrinə” müşayiət etdiyini bildirib.

- Paşinyan vəziyyətlə tanış oldu. “Silahlı qüvvələrdə” nə baş verdiyini eşitdim və gördüm. “Qarabağın Müdafiə Komitəsi”ndən heç bir məlumat almamışam. Vəziyyətdən mənə heç vaxt məlumat verilməyib. Mənim “ordu” ilə bağlı heç bir səlahiyyətim yox idi. Bildiyiniz kimi, sentyabrın 27-də genişmiqyaslı müharibə başladı. “Qarabağ qanunları”na uyğun olaraq biz hərbi vəziyyət elan etməli idik və etdik də”, - Araik Arutyunyan deyib.

Ermənilərə ittiham elan olundu | FOTOLAR
Onun iddiasına görə, bunun necə nəticələyini əvvəlcədən bilirdi və elə müharibənin ilk günlərindən Paşinyanla onun nə vaxt qurtaracağı barədə danışıb.
“Oktyabrın 2-də bəyanat verdim ki, mənim “orduda” səlahiyyətim yoxdur, mən də əsgərlərin arasına düşsəm, yaxşı olardı.

“Həmin gün Azərbaycan ərazisinin dərinliklərindəki hərbi obyektlərə zərbələr endirmək qərarı verildi. Raket və ya artilleriya qurğularından. Levon Mnatsakanyanın son ifadəsindən belə başa düşdüm ki, istintaq onun hansı səlahiyyətlərə malik olduğundan və nə edə biləcəyindən məlumatlıdır. Mən kimin hansı səlahiyyətlərə sahib olduğunu, hansı silahlardan istifadə etməli və istifadə edəcəyini və s. bilmirdim. Onik Qasparyandan bu qərarların əsaslı olub-olmadığını soruşduqda o, mənə dedi ki, bəli, bizim əsas məqsədlərimiz Azərbaycanın hava limanlarıdır, onları məhv etməliyik”, - Araik Arutyunyan Ermənistan rəhbərliyinin hansı niyyətlər güddüyünü açıqlayıb.

Onun sözlərinə görə, guya bu hücumların Qarabağdan edildiyi təəssüratının yaradılmasının lazım olduğu bildirilirdi.

Sahil İsgəndərov
AzVision.az





Teqlər:   Araik   planlar   etiraf  





Xəbər lenti