Ukrayna ilə bağlı Avropa müdafiə nazirlərinin fövqəladə toplantısı keçiriləcək

Ukrayna ilə bağlı Avropa müdafiə nazirlərinin fövqəladə toplantısı keçiriləcək
  21 Fevral 2025    Oxunub:546
Fransa və Estoniya Ukraynaya dəstəyi müzakirə etmək üçün fevralın 24-də Avropa müdafiə nazirlərinin fövqəladə iclasını keçirəcək.
AzVision.az bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

"Bazar ertəsi Fransa və Estoniya Avropa ölkələrinin müdafiə nazirlərinin görüşünə ev sahibliyi edəcək və Ukraynaya dəstəyin artırılması yollarını müzakirə edəcəklər", - deyə bildirilib.

Böyük Britaniya, Almaniya, İtaliya, Polşa da daxil olmaqla ondan çox ölkənin nümayəndələrinin, həmçinin Aİ və NATO nümayəndələrinin iştirakı gözlənilir.

AzVision.az





Teqlər:





Xəbər lenti