Peskov: "Putin Ukrayna üzrə sülh danışıqlarına açıqdır"

      Peskov:    "Putin Ukrayna üzrə sülh danışıqlarına açıqdır"
  21 Fevral 2025    Oxunub:427
Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsi üzrə sülh danışıqlarına açıqdır.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Rusiya lideri Ukrayna münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanmasına hər zaman açıq olub.

ABŞ və Rusiyanın Ukrayna üzrə sülh planı
“Bizim milli təhlükəsizlik, milli maraqlarımızla bağlı məqsədlərimiz var və biz bu məqsədlərə dinc danışıqlar yolu ilə nail olmağa hazırıq”, – Peskov əlavə edib.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna məsələsi üzrə danışıqlar baş tutub. 4,5 saat davam edən görüşdə Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili ilə bağlı müzakirələr aparılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülh   Peskov   Ukrayna  





Xəbər lenti