Qərb Putinin Aİ ilə müharibəyə başlamasını etiraf etməyə qorxur - "The Atlantic"

Qərb Putinin Aİ ilə müharibəyə başlamasını etiraf etməyə qorxur    - "The Atlantic"
  14 Yanvar 2025    Oxunub:475
Rusiya Avropada getdikcə daha çox təxribatlara əl atır. Kreml Qərb ölkələrinin infrastrukturuna daha açıq hücumlar həyata keçirir. Bununla belə, Qərb evfemizmlərə qaçır və Putinin hərəkətlərinin əslində açıq müharibə olmasını birbaşa etiraf etməkdən qorxur.
Bu fikirlər Şotlandiyanın Sent-Endryus Universitetinin strateji tədqiqatlar üzrə araşdrımaçısı, professor Filips Peyson Obraynın "The Atlantic"də dərc olunan məqaləsindəndir.

Rusiya elitaları: “Putin döyüşməyi xoşlayır”
Məqalə müəllifi rusların Qərbə aşkar meydan oxumasına dair bir neçə misal da gətirib. Məsələn, keçən ay Estoniyanı Finlandiya ilə birləşdirən "Estlink 2" strateji sualtı kabeli kəsildi. "Estlink 2" təxribatından qısa müddət sonra Finlandiya səlahiyyətliləri Rusiyanın Sankt-Peterburq şəhərindən Misirə gedən və qabaqcıl müşahidə avadanlığı ilə yüklənmiş "Eagle S" neft tankerini ələ keçirdi. Finlandiya rəsmiləri belə qənaətə gəliblər ki, "Eagle S" "Estlink 2" xəttini sıradan çıxarmaq üçün öz lövbərini bilərəkdən Baltik dənizinin dibi boyunca onlarla kilometr suyun dibi ilə dartıb aparıb.

"Aydın məsələdir ki, strateji enerji obyektlərinin sıradan çıxarılması, elektrik xətlərinin kəsilməsi Putinin Ukraynada başlatdığı genişmiqyaslı işğaldan daha açıq təcavüz sayılır. Bununla belə, hazırda hər iki hal üzrə ümumi mövzu ondan ibarətdir ki, Rusiya tanınmış ölkələrin müstəqilliyini və onların müqavimət göstərmək qabiliyyətini pozmaq üçün gücdən istifadə edir", - professor yazıb.

Həmçinin, Avropa qitəsində yerləşən strateji əhəmiyyətli obyektlərdə - sursat zavodları, əsas dəmir yolu xətləri, habelə mühüm anbarlar və ticarət mərkəzlərində digər çoxsaylı təxribat halları da baş verir.

Araşdırmaçılar da, bu müəmmalı hücumların arxasında Rusiyanın dayandığını düşünürlər. Ekspert qeyd edib ki, Avropa rəsmiləri ona görə susurlar ki, onlar sadəcə baş verənlər proseslərin müharibə olduğunu etiraf etməkdən qorxurlar: "Rəsmilər Moskvanın Ukraynadan kənardakı fəaliyyətlərini olduğu kimi təsvir etmək üçün “müharibə” sözünü işlətməkdən imtina edirlər".

Qeyd edək ki, dünən Baltik dənizində daha bir sualtı kabel zədələnib. SVT telekanalının yaydığı məlumata görə, bu kabel İsveç, Finlandiya, Litva və Almaniyanı birləşdirir.

İsveçin Mülki Müdafiə Naziri Karl-Oskar Bohlin insidentlə bağlı bunları deyib: "İsveç və Litva arasında yerləşən "NordBalt" kabelinin yaxınlığında lövbərin sürüklənməsi izləri var".

Hələlik şübhələr Çinin quru yük gəmisi olan "Yi Peng 3"ə yönəlib. Bolin qeyd edib ki, İsveç Müdafiə Nazirliyi də kabellərin zədələnməsini sahildən 160 kilometr aralıda lövbər salmış Çin gəmisinə aid edir.


Tural Tağıyev

AzVision.az



Teqlər:   Putin   Qərb   Müharibə  





Xəbər lenti