Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib |
Mask rəsmilərdən ABŞ prezidentinin ofisinin yerləşdiyi Ağ Evin Qərb bölməsinə daxil olmaq üçün ona xüsusi vəsiqə verilib-verilməyəcəyini ilə də maraqlanıb. Mənbənin sözlərinə görə hələlik bizensmen heç bir cavab almayıb.
Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bennon İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İlon Maskı “pis oğlan” adlandırıb. Bennon Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər sahibkar və milyarder İlon Maskı Ağ Evdən “qovmağa” çalışacağını bildirib.
“Onun Ağ Evə tam girişi olmayacaq. O, hamı kimi olacaq. “Texno-feodalizm” tərəfdarı olan İlon Maska Cənubi Afrikadakı vətəninə qayıtmağı tövsiyə edirəm. Onun yeganə məqsədi “trilyonçu olmaq” arzusudur”, - Trampın sabiq müşaviri iddia edib.
“New York Times” ötən il İlon Maskın Donald Trampın prezident seçkilərində qalib gəlməsinə kömək etmək üçün 250 milyon dollardan çox pul sərf etdiyini yazmışdı. Nəşr federal sənədlərə istinad edib.
Tramp milyarderin səxavətini cavabsız qoymadı və mühafizəkar fəal Vivek Ramasvaminlə yanaşı Maskı da Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin etdi.
Tural Tağıyev
AzVision.az