AFFA rəsmisi “Fənərbağça”nın matçına təyinat aldı

AFFA rəsmisi “Fənərbağça”nın matçına təyinat aldı
  13 Yanvar 2025    Oxunub:421
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
AzVision.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

O, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək "Fənərbaxça" (Türkiyə) - "Lion" (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti