Çadda prezident iqamətgahına hücum olub - VİDEO
“Çadın təhlükəsizlik qüvvələri prezident sarayının ərazisinə tam nəzarət edir”, - ölkənin təhlükəsizlik xidmətindəki mənbə nəşrə təsdiqləyib.
2002-ci ildə Nigeriyada yaradılan “Boko Haram” terrorçu qruplaşması bu ölkədə İslam dövləti qurmaq məqsədi güdür. Qruplaşmanın “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi var. Mövcud olduğu ilk illərdə hücumları əsasən Nigeriyada həyata keçirən “Boko Haram” sonradan öz terrorçu fəaliyyətini Kameruna, Nigerə və Çada da yaymağa başladı. Bölgədəki böyük terror hücumlarına, o cümlədən məktəblərə və xilasedicilərə edilən hücumlara görə məsuliyyət daşıyır.
Son illər Çadda hökm sürən qeyri-sabit siyasi vəziyyət “Boko Haram” qruplaşmasının bu ölkədə qol-qanad açmasına əlverişli zəmin yaradıb. 2021-ci ildən ölkə üsyançılarla döyüşdə həlak olan prezident İdris Debinin oğlu Mahamat İdris Debinin hakimiyyətə gəlməsi ilə başlayan keçid dövrünü yaşayır. Keçən ilin may ayında Çadda keçirilən prezident seçkilərində Mahamat İdriss Debi 61% səslə qalib gəlib. İkinci yeri müxalif “Transformers” partiyasının lideri Susses Masra (18,54%) tutub. Dekabrın 29-da isə ölkədə son 13 ildə ilk parlament seçkiləri, eləcə də yerli seçkilər keçirilib.
Bu seçkilərin keçid dövrünün başa çatması istiqamətində bir addım olacağı gözlənilirdi. Lakin seçkilərin saxtalaşdırıldığını iddia edən müxalifət parlament seçkilərinin nəticələrini boykot etməyə çağırıb. Bu seçkilərin ilkin nəticələrinin yanvarın 15-dək açıqlanacağı gözlənilir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Çad