ANAMA Xocalıya köçən sakinlərə təlim keçib

   ANAMA Xocalıya köçən sakinlərə təlim keçib
  13 Dekabr 2024    Oxunub:1051
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xocalı rayonunun Ballıca kəndinə köçən sakinlər üçün Partlayıcı Sursat Riskinin Maarifləndirilməsi mövzusunda təlim keçib.
AzVision.az xəbər verir ki, bu barədə ANAMA-nın "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, təlimin məqsədi sakinlərə təhlükəsizlik qaydaları barədə məlumat vermək, onları şübhəli ərazilərin əlamətləri haqqında maarifləndirməkdir. Bundan başqa, sakinlərə təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, şübhəli əşyalara toxunmamağa çağırışlar edilib.

Agentliyin nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ maarifləndirici plakatlar da paylanılıb.

AzVision.az





Teqlər:





Xəbər lenti