Ürəyindən bıçaqlanan gəncin qatili tapıldı

Fakta bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla qətlə yetirilmiş şəxsin 1994-cü il təvəllüdlü, Salyan şəhər sakini Xudiyev Nurlan Xudaverdi oğlu olması müəyyən edilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məcidli Zamin Tofiq oğlu iyulun 19-da tutulub. Z.Məcidli sübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edərək cinayətin aləti olan mətbəx bıçağını və N.Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib. Onun ifadəsi yerində yoxlanılarkən həmin bıçaq və fotoşəkillər aşkar edilərək götürülüb.
İş üzrə çoxsaylı şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.