İlon Maskın “Neuralink” startapının fəaliyyəti yoxlanılır

   İlon Maskın    “Neuralink”    startapının fəaliyyəti yoxlanılır
  13 Dekabr 2024    Oxunub:1042
ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) işa adamı, milyarder İlon Maskın “Neuralink” startapı ilə bağlı araşdırmaya başlayıb.
AzVision.az xəbər verir ki, vəkilinin məktubunu “X” siosial şəbəkəsində dərc edən İlon Mask özü bu məlumatı paylaşıb. Vəkilin məktubunda bildirilir ki, SEC milyarder sahibkardan nağd ödənişlə razılaşmağı, əks halda ittihamlarla üzləşməsini tələb edib. Bununla belə, konkret hansı ittihamlardan söhbət getdiyi açıqlanmır.

Heyvanlar üzərində təcrübələrini tənzimləyən ABŞ qanunlarının pozulmasına dair şirkət işçilərinin şikayətləri əsasında prokurorların tələbi ilə ölkənin Kənd Təsərrüfatı nazirliyinin Baş Müfəttişlik İdarəsi tərəfindən “Neuralink” iki il əvəvl araşdırma başladılıb.

Qeyd edək ki, 2016-cı ilin iyulunda İlon Mask tərəfindən yaradılan “Neuralink” startapı gələcəkədə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmenin fikrincə, bu cür neyron interfeysləri insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verməklə yanaşı, həm də zəkanın gücü sayəsində kompüteri idarə etməyi öyrənməyə yardımçı olacaq.

2023-cü il mayın 25-də isə şirkət ABŞ-nin Səhiyyə nazirliyinin Qida və Dərmanların keyfiyyətinə nəzarət İdarəsindən insanlar üzərində klinik sınaqlar keçirmək üçün icazə aldığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   “Neuralink”   yoxlama  





Xəbər lenti