Bir ayda Avropadan Azərbaycana 55 nəfər readmissiya olunub

   Bir ayda Avropadan Azərbaycana 55 nəfər readmissiya olunub
  13 Dekabr 2024    Oxunub:827
Noyabr ayında Dövlət Miqrasiya Xidməti (DMX) 55 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
Bu barədə AzVision.az -a cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib. Bildirilib ki, onlar əsasən Almaniya, İsveç, Yunanıstan, Macarıstan, Çex və Fransadan geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, bu ilin ötən dövrü ərzində (yanvar-noyabr) 383 nəfər Azərbaycana readmissiya olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti