Noyabrda 615 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb

   Noyabrda 615 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb
  13 Dekabr 2024    Oxunub:717
Ötən ay ərzində İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 615 nəfərin ölkə ərazisinə girişi məhdudlaşdırılıb.
Bu barədə AzVision.az -a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 222, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 615 qərar qəbul edilib.

Bunlardan 590-ı Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 25-i Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

AzVision.az



Teqlər:





Xəbər lenti