Reabilitasiya mərkəzləri seçərkən diqqətli olun!

 Reabilitasiya mərkəzləri seçərkən diqqətli olun!
  13 Dekabr 2024    Oxunub:711
Reabilitasiya mərkəzlərinin effektiv fəaliyyətinə nəzarət edilməsi olduqca vacibdir. Əks halda müalicə prosesində qeyri-şəffaflıq və vətəndaşların hüquqlarının pozulması halları yarana bilər. Hər yeni açılan mərkəz yoxlanmalı və lisenziyalaşma prosesindən keçməlidir.
AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Pərvanə Vəliyeva "Xəzər Xəbər"ə açıqlamasında deyib. O bildirib ki, mərkəzlərdə fəaliyyət göstərənlər ixtsaslaşmış kadrlar olmalıdır. Çünki belə müəsssisələr narkotik istifadəçiləri və digər asılılığı olan şəxslərin yenidən həyata qaytarılması üçün mühüm rol oynayır.

Millət vəkili deyir ki, son vaxtlarda bu mərkəzlərin sayı da, reklamı da artıb. Vətəndaşlar müraciət edərkən diqqətli olmalıdır.



AzVision.az



Teqlər:





Xəbər lenti