Onun sözlərinə görə, bunun üçün Ermənistan tərəfindən müəyyən addımlar atılmalı, hər şeydən əvvəl isə, ölkənin Konstitusiyası dəyişdirilməli, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:
"Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti mürəkkəbləşdirir" |
Hətta yeni ilin ilk ayında belə imzalana biləcəyini real hesab etmirəm. Təki bu proqnozumuzda yanılaq, Ermənistan müxtəlif bəhanələrlə və kimlərinsə məsləhəti ilə ləngitdiyi sülh prosesini sürətləndirsin və sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın əsas şərtlərini qəbul edərək addımlar atsın. Yəni rəsmi Bakının irəli sürdüyü təklifləri hərtərəfli və düzgün dəyərəndirsin. Bu, həm Ermənistanın özünün, həm regionun gələcəyi üçün real təminat yaradardı".
Həmidə İbrahimova
AzVision.az