Spınu: “Rumıniya heç bir müharibəyə hazırlaşmır”
Son günlər Rumıniya Müdafiə Nazirliyi öz internet portallarından birində - “inforadar.mapn.ro” saytında ölkə sərhədlərinin bağlanacağı və qoşunlarla möhkəmləndiriləcəyi, hərbi texnikanın Konstansa limanında cəmləşəcəyi, hərbi texnikanın toplanacağı və ehtiyatdakı hərbçilərin səfərbər olunacaqları barədə xəbərləri dəfələrlə təkzib edib.
“Son zamanlar dezinformasiyaların həcmi dəfələrlə artıb. Son günlərin, son həftənin sevimli mövzuları Rumıniya hakimiyyəti, Müdafiə nazirliyi və digər hökumət orqanları tərəfindən həyata keçirilən qondarma müharibə hazırlıqlarına aiddir. Xüsusilə, hərbi texnikanın müntəzəm hərəkəti müharibəyə hazırlığın sübutu kimi təqdim olunur. Bu zaman dekabrın 1-də milli bayramda keçirilən hərbi paradın çəkilişi də bu cür hazırlığın sübutu kimi təqdim edilib”, - general-mayor Konstantin Spınu vurğulayıb.
Müdafiə nazirliyinin rəsmisi sosial şəbəkələrdə 18-35 yaşlı rumın gənclərinin və ehtiyatda olan hərbçilərin Ukraynada cəbhəyə göndərilməsi məqsədilə səfərbərliyə hazırlandığı barədə xəbərləri də təkzib edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rumıniya müharibə təkzib