Peskov: "Əsədə sığınacaq verilməsi Putinin qərarıdır"

      Peskov:    "Əsədə sığınacaq verilməsi Putinin qərarıdır"
  09 Dekabr 2024    Oxunub:854
"Şübhəsiz ki, Bəşər Əsəd və ailəsinə Moskva şəhərində siyasi sığınacaq verilməsi dövlət başçısının əmrinə əsaslanır".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında söyləyib. Hərçənd o vurğulayıb ki, bu qərar hələlik rəsmi təsdiqlənməyib.

"Hazırda bu mövzuda deyiləsi sözüm yoxdur", - Peskov diqqətə çatdırıb.

O, Vladimir Putin və Bəşər Əsəd arasında mümkün görüşün baş tutub-tutmayacağı barədə də məlumat verməyib.
Bəşər Əsəd Moskvadadır – TASS

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti dünən devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Suriya   Bəşər-Əsəd   sığınacaq  





Xəbər lenti