Fidan: "Yeni dövr başlayır"

      Fidan:    "Yeni dövr başlayır"
  09 Dekabr 2024    Oxunub:1139
"Artıq Suriyada yeni dövr başlayıb. Yalnız irəliyə baxmaq, müxtəlif etnik və dini qrupların sülh içində, əhatəli idarə nlayışı ilə yaşadığı Suriya qurmaq lazımdır".
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan nazirlikdə baş tutan 15-ci Səfirlik Konfransının açılış nitqində çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, "rəsmi Ankara Beynəlxalq Millətlər Təşkilatının Suriyaya dəstək verməsini gözləyir".

"Suriyada baş verənlər bizdən ötrü ümid işığıdır. Bəşəd Əsəd rejiminin Preziden Rəcəb Tayyib Ərdoğanın çağırışlarına məhəl qoymaması göstərdi ki, biz necə də haqlı idik. Artıq öz qonşuları ilə yaxşı münasibət quran, regiona sülh və sabitlik gətirən yeni Suriya görmək istəyirik. Bu məqsədlə lazımi dəstəyi verməyə hazırıq", - nazir söyləyib.
Moskvada Suriyanın yeni bayrağı dalğalanır - FOTO

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti dünən devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Suriya  





Xəbər lenti