Saar: "İsrail qoşunlarının Suriyada mövcudluğu müvəqqətidir"

      Saar:    "İsrail qoşunlarının Suriyada mövcudluğu müvəqqətidir"
  09 Dekabr 2024    Oxunub:971
"İsrail Silahlı Qüvvələrinin Suriya ərazisində mövcudluğu yalnız ölkəmizin təhlükəsizliyini qorumaq məqsədi daşıyır, tamamilə məhdud və müvəqqətidir".
Bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar Qüds şəhərində keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında söyləyib. O həmçinin Qəzza zolağında israilli əsirlərin Fələstinin HƏMAS terror təşkilatının əsirliyindən çıxarılmasının "hələlik dalana dirəndiyini" diqqətə çatdırıb.

"Hazırkı şəraitdə nikbin nəticədən danışmaq müşküldür", - nazir deyib.
Reuters: "İran Suriyanın yeni rəhbərliyi ilə birbaşa əlaqədədir"

Digər tərəfdən, Suriyada vəziyyətin qarışması, Prezident Bəşər Əsədin 24 illik hakimiyyətinin ardınca devrilməsi fonunda İsrail Silahlı Qüvvələri bu ölkə ilə mübahisəli Colan təpələri istiqamətində bir sıra əlavə məntəqənin ələ keçirildiyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Suriya   münaqişə  





Xəbər lenti