"Reuters" diqqətə çatdırır ki, "Əl-Qaidə" terror təşkilatının keçmiş qolu "Heyət Təhrir-Əş-Şam"ın rəhbərliyindəki üsyançıların "ildırım sürəti ilə" irəliləyib, Suriyada Bəşər Əsəd rejimini dağıtması "Yaxın Şərq üçün nəsillər boyu ən böyük dönüş nöqtələrindən biridir".
"Əsədin prezident kimi devrilməsi İran və Rusiyanın ərəb dünyasındakı təsirini də zəiflədib", - agentlik yazır.
Kats: "İsrail Suriyada əlavə məntəqələr ələ keçirib" |
Digər tərəfdən, Suriyada vəziyyətin qarışması fonunda İsrail Silahlı Qüvvələri bu ölkə ilə mübahisəli Colan təpələri istiqamətində bir sıra əlavə məntəqənin ələ keçirildiyini bildirib.
Firudin Həmidli
AzVision.az