Kats: "İsrail Suriyada əlavə məntəqələr ələ keçirib"

      Kats:    "İsrail Suriyada əlavə məntəqələr ələ keçirib"
  09 Dekabr 2024    Oxunub:1227
"İsrail Silahlı Qüvvələri Suriyanın işğalı altındakı Colan təpələri ərazisində bir sıra əlavə məntəqə ələ keçirib".
Bu barədə İsrailin "Ynet News" xəbər agentliyi ölkənin müdafiə naziri İsrael Katsa istinadən bildirib. Sayt vurğulayır ki, nazir ötən gecə hərbçilərə "Suriyada dərhal hərəkətə keçməyi" tapşırıb.

"Hərbçilər İsrail və Suriya arasındakı bufer zonasında - Colan təpələrində daha bir sıra nöqtəni ələ keçirməyə davam edirlər. Nazir həmçinin qoşunlara ölkəyə təhdid kimi görülə biləcək ağır strateji silahlardan, terror infrastrukturlarından təmizlənmiş təhlükəsizlik zonası yaratmaq əmri verib", - "Ynet" yazır.

Bildirilir ki, müdafiə nazirinin göstərişi "İrandan Suriya vasitəsilə Livana silah qaçaqmalçılığı marşrutunun qarşısını almaq" məqsədi daşıyır.
Bəşər Əsəd Moskvadadır – TASS

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti dünən devrilib. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Suriya   müharibə  





Xəbər lenti