İran Əsədin köməyinə niyə gəlmədi? - “The Wall Street Journal” səbəbi açıqlayıb

      İran Əsədin köməyinə niyə gəlmədi?    - “The Wall Street Journal” səbəbi açıqlayıb
  09 Dekabr 2024    Oxunub:862
İran İsrailin hərbi əməliyyatlarından ehtiyatlandığı üçün Suriyanın keçmiş prezidenti Bəşər Əsədə ölkədəki terrorçuların hücumunun qarşısını almaqda kömək etməyib. Söhbət aviazərbələrdən gedir.
Bu fikirlər ABŞ-nin “The Wall Street Journal” qəzetində dərc olunan məqalədəndir. Nəşr özünün mənbələrinə istinad edib.

“İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazırlaşmamaqda günahlandırıb. Onlar bildiriblər ki, rəsmi Tehran məhz İsrail amilinə görə hərbi dəstək nümayiş etdirə, bölgəyə qüvvələr göndərə bilmir”, - mənbə qeyd edib.

Putin Suriyadakı hərbi bazasını itirə bilər - "Müharibə Araşdırmaları İnstitutu"
“The Wall Street Journal” yazır ki, Suriya rəsmiləri İranın yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna və ona bağlı silahlı qruplara döyüşlərə müdaxilə etməməyi əmr edib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Bəşər-Əsəd   İsrail  





Xəbər lenti