İsrail 50 ildən sonra Suriyaya hərbi müdaxilə edib

 İsrail 50 ildən sonra Suriyaya hərbi müdaxilə edib
  09 Dekabr 2024    Oxunub:748
İsrail ordusu yarım əsrdən artıq müddətdə ilk dəfə Colan təpələrindən kənardakı Suriya ərazilərinə daxil olub.
AzVision.az xəbər verir ki, iki israilli məmura istinad edən “New York Times (NYT)” nəşri belə məlumat yayıb.

“Həftə sonu İsrailin quru qoşunları 1973-cü ilin Oktyabr müharibəsindən sonra Suriyaya ilk açıq müdaxilə edərək demilitarizasiya zonasından kənara çıxıb.Təl-Əviv silahlı Suriya müxalifətinin üzvlərinin Colan təpələri yaxınlığındakı hərbi obyektlərə nəzarəti ələ keçirərək, onlardan İsrailə qarşı istifadə edə biləcəyindən ehtiyalanır”, - qəzetdə dərc olunan materialda deyilir.

Bundan əvvəl İsrail ordusunun ərəb dilli nümayəndəsi Avixay Edri Suriyanın cənubundakı beş sərhəd qəsəbəsinin sakinlərini evlərində qalmağa və təhlükəsizlik baxımından çölə çıxmamağa çağırıb. İsrailin “Kan” dövlət televiziyasının məlumatına görə, Suriya ordusu bufer zonadakı mövqelərini tərk etdikdən sonra İsrail ordusu bazar günü Hermon dağındakı forpostu da ələ keçirib.

İsrailin baş naziri Benyamin Netanyahu isə daha əvvəl demişdi ki, 1973-cü il “Qiyamət günü” müharibəsindən qısa müddət sonra ələ keçirilən Colan təpələri ilə bağlı Dəməşqlə qüvvələrin aralaşması barədə razılaşma Suriya ordusunun mövqelərini tərk etməsi səbəbindən qüvvədən düşüb. Bununla bağlı ÇAXAL-a demarkasiya zonasını və ona nəzarət edən mövqeləri tutmaq əmri verilib.

Suriya tarixində yeni mərhələ başlayıb
Suriyada prezident Bəşər Əsədin hakimiyyətinin devrilməsi və ölkənin böyük bir hissəsinin silahlı müxalifət qüvvələri tərəfindən tutulması fonunda İsrail Colan təpələrində müdafiəni fəal şəkildə gücləndirir.

Qeyd edək ki, Colan təpələri 1967-ci ilə qədər Suriyaya məxsus idi. “Qiyamət günü” adlı altı günlük müharibədən sonra İsrail qoşunları bu ərazini işğal etdi və tərəflər atəşkəs və qoşunların araıaşması haqqında saziş imzaladılar. 1974-cü ildə bölgədə BMT-nin sülhməramlı postları yarandı. Suriya tərəfindəki sərhəd xətti “Bravo”, İsrail tərəfində isə “Alfa” adlanırdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Suriya   müdaxilə  





Xəbər lenti