20 dəqiqəlik Tramp-Makron-Zelenski üçtərəfli görüşü
Telekanal xatırladıb ki, seçki kampaniyası zamanı Tramp hələ andiçmə mərasimindən əvvəl 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, həmçinin bu vəsaitləri Amerika əhalisinin ehtiyaclarına yönəltmək üçün Kiyevə milyardlarla dollarlıq yardımı dayandıracağını vəd etmişdi.
Makronla ayrılıqda keçirdiyi görüşdə isə, Donald Tramp bundan əvvəl ABŞ-nin rəhbəri olduğu müddətdə Fransa-Amerika münasibətlərinin inkişafındakı “yaxşı vaxtları” və “uğurları” xatırladıb.
“Fransada olmaq onun üçün böyük şərəfdir. Dünya bir az ağlını itirir, biz bu barədə danışacağıq”, - Donalr Tramp vurğulayıb.
Qeyd edək ki, Fransaya səfər Donald Trampın noyabrda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra xaricə ilk səfəridir. Bundan əvvəl o, Fransaya 2019-cu ildə baş vermiş yanğından sonra bərpa olunan Notr-Dam kafedral kilsəsinin açılış mərasimində iştirak etmək üçün səfər etmişdi.
Sahil İsgəndərov
AzVision.az