Ukrayna 5 şəhərini birdən itirə bilər
“Beş şəhərimizin taleyi ortadadır və itirilmək ehtimalı var. Ukrayna Silahlı Qüvvələri çoxlu pilotsuz təyyarə, pul və bu əraziləri müdafiə edən əsgərlərini itirib. Ukrayna qoşunları Rusiya Silahlı Qüvvələrinin təmərküzləşmiş təzyiqi ilə üzləşir”, - Ali Radanın deputatı, hərbi qulluqçu Yeqor Firsov bildirib.
Hazırda Çasov Yarda şəhər döyüşlərinin getdiyi və Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin bölmələrini şəhərin əsas müdafiə məntəqələrindən birindən çıxarmağa çalışdığı açıqlanıb.
Bundan başqa Pokrovsk istiqamətində əhəmiyyətli dərəcədə irəliləmiş Rusiya ordusunun şəhərin 15 kilometrliyində yerləşən Novotroitsk yaşayış məntəqəsini ələ keçirdiyi qeyd olunur.
Rusiya mediası həmçinin Ukrayna komandanlığının artıq Kuraxova qarnizonunun qüvvələrini, hərbi texnikanı, qərargahı və digər əşyaları təxliyyə etdiyini yazır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna ərailər itkilər