Ərdoğan : Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur
O qeyd edib ki, ölkənin gələcəyinə artıq Suriya xalqının bütün mənsubları qərar verəcək.
Ərdoğan bölgədəki hadisələrin alovlanmasının heç kimə faydasının olmayacağını da vurğulayıb.
Türkiyə Prezidenti ölkəsinin milli təhlükəsizliyə qarşı atılan bütün addımların qarşısının alınacağını əlavə edərək, regional və beynəlxalq aktyorları Suriyanın ərazi bütövlüyü və milli birliyinə dəstək verməyə çağırıb.
"Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Arzumuz qonşumuz Suriyanın 13 ildir həsrətində olduğu sülh və əmin-amanlığa nail olmasıdır", - Ərdoğan bildirib.
AzVision.az
Teqlər: