Hakan Fidan HƏMAS-ın şura sədri ilə görüşüb

Hakan Fidan HƏMAS-ın şura sədri ilə görüşüb
  07 Dekabr 2024    Oxunub:1073
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Doha şəhərində Fələstinin HƏMAS təşkilatının şura sədri Məhəmməd İsmayıl Dərvişin rəhbərliyindəki nümayəndə heyəti ilə görüş keçirib.
Təşkilatın bəyanatına əsasən, tərəflər Qəzza zolağındakı müharibənin cari vəziyyəti ətrafında müzakirə aparıblar.

Bildirilir ki, Hakan Fidan görüşdə Türkiyənin Fələstin məsələsinə dair mövqeyini təsdiqləyib və "beynəlxalq ictimaiyyəti Qəzza zolağındakı bəşəri fəlakətə səssiz qalmamağa, atəşkəs üçün çalışmağa çağırma səylərini" diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   HƏMAS   nazir   görüş  





Xəbər lenti