İran Suriyadan diplomatlarını və hərbçilərini çıxarır

   İran Suriyadan diplomatlarını və hərbçilərini çıxarır
  07 Dekabr 2024    Oxunub:1021
İran Suriyadan öz diplomatlarını və hərbi müşavirlərini təxliyə etməyə başlayıb.
Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən bildirib. Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”, silahlı qüvvələrin elit hissələri) bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edilib.

İran diplomatik işçiləri və onların ailə üzvləri, eləcə də İranın adi vətəndaşları Suriyanı tərk ediblər. İnsanların bir hissəsi təyyarələrlə Tehrana, bir hissəsi isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.

“The Wall Street Journal” qəzeti isə mənbələrə istinadən məlumat yayıb kı, Misir və İordaniya rəsmiləri Suriya Prezidenti Bəşər Əsədi ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa çağırıblar. Qəzetin məlumatına görə, Əsəd Türkiyədən “üsyançıları dayandırmaq üçün müdaxilə etməsini” xahiş edib, həmçinin Misir, İordaniya, İraq və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) silah və kəşfiyyat dəstəyi istəsə də, rədd cavabı alıb.


AzVision.az


Teqlər:





Xəbər lenti