Pavel Durov ilk dəfə Paris məhkəməsində dindirilib

Agentlik qeyd edib ki, bu gün Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqəsinin araşdırılması ilə bağlı hakim tərəfindən dindirilib. Durov iki vəkilin müşayiəti ilə yerli vaxtla saat 10:00-da Paris məhkəməsinə gəlib.
O, Fransa ədalətinə güvəndiyini bildirib. Lakin iş və ona qarşı irəli sürülən ittihamlarla bağlı əlavə şərh verməkdən imtina edib.
Xatırladaq ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb.
AzVision.az
Teqlər: