TNV: “ABŞ Rusiyaya qarşı yüzlərlə nüvə başlığı hazırlayıb”

      TNV:    “ABŞ Rusiyaya qarşı yüzlərlə nüvə başlığı hazırlayıb”
  06 Dekabr 2024    Oxunub:1650
Moskva və Sankt-Peterburq üçün 200 döyüş başlığı, Rusiyanın hər bir böyük şəhəri üçün 20 döyüş başlığı, o cümlədən Krımdakı və Kalininqrad vilayətindəki hər bir şəhər üçün iki başlıq - bunlar qlobal nüvə mübadiləsi zamanı ABŞ-nin zərbələri üzrə məxfilikdən çıxarılan planlardır.
AzVision.az xəbər verir ki, adətən Pentaqonun “məxfilik” qrifi götürülən sənədlərini öyrənən “TNV” ictimai layihəsi belə məlumat dərx edib.

“Bunun cavabında Rusiya ABŞ-nin əsas şəhərlərinə 10, Vaşinqton və Nyu-Yorka 20 döyüş başlığı, həmçinin Avropanın 14 şəhərinə və NATO-nun hərbi bazalarına 3-10 döyüş başlığı atacaq”, - xəbərdə deyilir.

Çinə nə qədər döyüş başlığı və hansı məqsədlər üçün atıalacağının planlaşdırıldığı barədə açıqlama verilmir.

Alimlər həmçinin ABŞ-nin “soyuq müharibə”dən bu günə qədər apardığı “nüvə müharibəsi” təlimlərinin nəticələrini dərc ediblər. Onların fikrincə, kritik hücuma və ya “zorla demokratikləşdirmə cəhdlərinə” cavab olaraq, Moskva, şübhəsiz ki, əks-güc və əks-dəyər strateji nüvə zərbələri endirəcək.

“Bir anda yarım milyard insanı öldürərdik, sonra daha çox insan radiasiyadan və aclıqdan ölərdi, artıq NATO, ABŞ, Avropa və Rusiyanın bir hissəsi olmazdı”, - alimlər bu təlimlərin təşkilatçılarından sitat gətirirlər.

Daha əvvəl “Newsweek” və “Science Time” jurnalları ABŞ-nin ən çox yayılmış raketləri ilə Moskva, Pekin və Pxenyana qarşı nüvə zərbələrini simulyasiyanı həyata keçiriblər.

“Newsweek”in modelləşdirməsinə əsasən, Moskvaya zərbə 1,4 milyon insanın ölümünə və daha 3,7 milyon insanın yaralanmasına səbəb olacaq. Pekinə zərbə endiriləcəyi təqdirdə, jurnalın hesablamalarına görə, 1,5 milyon insan həlak olacaq, 3,3 milyon insan isə yaralanacaq. Pxenyana zərbə 1,3 milyon insanın ölümü, 1,1 milyonunun isə yaralanması ilə nəticələnəcək.

“Science Time” isə “B-83” bombası və “Trident II” raketinin bir zərbədə 2,7 milyon rusiyalını öldürə biləcəyini proqnozlaşdırıb. Amerika raketləri həmçinin Pekində 1,5 milyondan çox insanı öldürə bilər. Çinin “DF-5C” təyyarəsi isə Vaşinqtonu vuraraq 1,3 milyon amerikalı “məhsulu” yığa bilər.

Jurnalın elmi videosunda Rsuiyanın “Satana (R-36)” və “Sarmat (RS-28)” raketlərindən istifadə etməsinin nəticələri də göstərilir. Bu zərbələr San Fransisko və Nyu-Yorkda 8 milyona yaxın düşmən vətəndaşını məhv edə bilərlər.

Atomçu alimlərin bülleteninə görə, bir “Sarmat” raketi 700 min kvadrat kilometrə qədər ərazini məhv etmək və ya istənilən qitənin sahil zolağının yarısını dağıtmaq gücünə malikdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   nüvəmüharibəsi  





Xəbər lenti