Moskvanın Əfqanıstana geoloji qayıdışı

Moskvanın Əfqanıstana    geoloji    qayıdışı
  06 Dekabr 2024    Oxunub:913
Rusiya Əfqanıstanın təbii sərvətlərini tədqiq etməyə başlayıb. ABŞ-nin Geoloji Tədqiqatlar xidməti bu sərvətləri təxminən 3 trilyon dollar civarında qiymətləndirir.
AzVision.az xəbər verir ki, Rusiyanın Əfqanıstandakı Biznes mərkəzi onların vəzifəsinin Talibana mədən işlərində kömək etmək üçün ölkənin mineral-xammal bazasının geoloji xəritəsini operativ şəkildə yaratmaq olduğunu bildiriblər.

“Artıq Gündüz, Tahar və Bədəxşan əyalətlərində ekspedisiyalar keçirilib. İlkin tədqiqatların nəticələri göstərdi ki, ehtiyatların həcmi əvvəllər sovet və Qərb geoloji təşkilatları tərəfindən verilən proqnozları xeyli üstələyir”, - mərkəzin rəhbəri Rüstəm Habubilin “Baza” portalına açıqlamasında deyib.

Rusiya Biznes mərkəzində Əfqanıstanın mineral-xammal bazası üzrə tədqiqat xidmətinə rəhbərlik edən geoloq Gennadi Teslenkonun sözlərinə görə, nümunə analizləri qiymətli metalların miqdarının proqnozlaşdırılandan səkkiz dəfə, nadir metalların isə 12 dəfə çox olduğunu göstərib.

Burada qiymətli metaalrdan gümüş, qızıl, platin və palladium, nadir meatllardan isə litium, tantal, niobium, sezium, rubidium, berilyum və kadmium ehtiyatları var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Əfqanıstan   geologiya  





Xəbər lenti