Mexikoda 13 uşaq qan dövranı infeksiyası səbəbindən ölüb
Bildirilib ki, 14 yaşdan kiçik 20 uşaq infeksiyaya yoluxub. Xəstəliyin baş verməsi "Mexikodakı dörd tibb müəssisəsindəki parenteral qida təchizatının" mümkün çirklənməsi ilə əlaqələndirilir. Qeyd olunub ki, söhbət üç dövlət, bir özəl klinikadan gedir.
Bundan əlavə daha 7 uşağa xəstəxanalarda tibbi yardım göstərilir.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Meksika