ABŞ Ermənistan ordusunda islahatlara kömək edəcək

ABŞ Ermənistan ordusunda islahatlara kömək edəcək
  06 Dekabr 2024    Oxunub:945
ABŞ-də səfərdə olan Ermənistanın Müdafiə naziri Suren Papikyan amerikalı həmkarı Lloyd Ostinlə görüşüb
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Papikyan Emənistan Silahlı Qüvvələrində aparılan islahatların təfərrüatlarını təqdim edib. O, həm Ermənistan Silahlı Qüvvələrinin transformasiyasının həyata keçirilməsinə, həm də ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş əməkdaşlığın prioritet istiqamətlərini diqqətə çatdırıb.

Paikyanın səfərini “tarixi” hadisə kimi qiymətləndirən Pentaqonun təhbəri ABŞ-nin Ermənistanın müstəqilliyini, suverenliyini və rifahını dəstəklədiyini bildirərək, iki ölkə arasında əməkdaşlığın genişlənməkdə davam etdiyini vurğulayıb.

Ostin Vaşinqtonun Ermənistan ordusunda islahatları dəstəkləməyi davam etdirməyə hazır olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Papikyan   Ostin   dəstək  





Xəbər lenti