Kiyev danışıqlara hazır olduğunu elan edəcək - "The Wall Street Journal" |
Müəllif xatırladıb ki, Baydenin prezidentlik müddəti yanvarın 20-də başa çatacaq.
Bundan əlavə, Vaşinqton xaricdə əlavə sayda ukraynalı əsgərlərin hazırlanmasını təklif edir. Nəşr mümkün sanksiyaların Kiyevin danışıqlarda mövqeyini gücləndirməyə və Moskvanın hərbi əməliyyatlar aparmaq imkanlarını çətinləşdirməyə yönəldiləcəyini qeyd edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az