“Mən ölkənin maraqları naminə, idarəçilik qövsünə daxil olan, onun işində iştirak etməyə hazır olan və ya heç olmasa, etimadsızlıq səsverməsi keçirməmək öhdəliyi verən və özündə bütün siyasi qüvvələri təmsil edəcək bir hökumət yaratmağı öz üzərimə götürəcəyəm”, - Makron iddia edib.
Bununla yanaşı, o, istefaya getməyəcəyini və səlahiyyət müddətinin sonuna - 2027-ci ilə qədər ölkə prezidenti kimi qalmaq niyyətində olduğunu açıqlayıb. Fransa prezidentinin sözlərinə görə, yeni hökumətin prioriteti büdcə məsələsi olacaq. Bu ay yeni büdcə layihəsi təsdiqlənənə qədər dövlət maliyyəsini idarə etmək üçün xüsusi qanun qəbul olunacaq.
Qeyd edək ki, məhz gələn ilin büdcəsində vergilərin və hərbi xərclərin artırılması, sosial xərclərin isə azaldılması təkliflərindən sonra Fransa parlamenti baş nazir Mişel Barnyenin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərilməsi barədə qərar çıxarıb. Bundan sonra prezident 1962-ci ildən bəri ilk dəfə belə əsasla hökuməti istefaya göndərib. Yeri gəlmişkən, müasir Fransa tarixində baş nazirin öz postunu cəmi 3 ay müddətində tutması da ilk dəfədir.
Fransızların 50 faizdən çoxu Makronu istəmir |
Sahil İsgəndərov
AzVision.az