Kiyev danışıqlara hazır olduğunu elan edəcək - "The Wall Street Journal" |
“Təkcə çevriliş deyil, bir gün əvvəl o vaxtkı prezident Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də bütöv halda qalacaq, Krım isə onun bir hissəsi olacaqdı. Onlar razılaşmalara əməl etməyib, əksinə çevriliş təşkil ediblər”, - deyə Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya çevrilişdən sonra Donbasda başlayan münaqişəyə son qoymaqda səmimi şəkildə maraqlı olub. Lakin bunun üçün Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsi lazım idi: “Amma razılaşmalar çevrilişdən sonra yaradılan hökumət tərəfindən sabotaj edildi".
Tural Tağıyev
AzVision.az