Makron Fransanın Baş nazirinin istefasını qəbul edib

Makron Fransanın Baş nazirinin istefasını qəbul edib
  05 Dekabr 2024    Oxunub:493
Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra Baş nazir Mişel Barnierin istefasını qəbul edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Qeyd edək ki, ötən gün Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamənin lehinə səs verib.

Nazirlər Kabinetinə etimadsızlıq qərarını 331 deputat dəstəkləyib.

Milli Assambleyanın sədri Yael Bron-Pivet Fransa Konstitusiyasına uyğun olaraq, Mişel Barnierin istefa ərizəsini prezidentə təqdim etməli olacağını bildirib. Etimadsızlıq səsverməsinin elan edilməsi üçün 577 deputatdan azı 289-nun səsi lazım olub.

Xatırladaq ki, bu, 1962-ci ildən bəri ilk belə hadisədir.

AzVision.az



Teqlər:





Xəbər lenti