Qəzzada ölənlərin sayı artır

Qəzzada ölənlərin sayı artır
  05 Dekabr 2024    Oxunub:438
İsrail qüvvələrinin Qəzza zolağında 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində azı 50 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzzada 130 mindən çox insan aclıqdan əziyyət çəkir - BMT
Bildirilib ki, 200-dən çox insan yaralanıb. Nazirliyin məlumatına görə, İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu günədək anklavda 44 580 nəfər həlak olub, 105 739 nəfər yaralanıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Qəzza   İsrail  





Xəbər lenti